Azərbaycanda rus dilində imtahan verən abituriyentlərin ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul qaydası dəyişib.xa0
Moderator.az -ın APA-ya istinadən məlumatına görə, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas xa0təhsili müəssisələrinə tələbə qəbulu qaydaları”x9dna əsasən Azərbaycanda ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.
xa0
Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən test imtahanı verirlər. İndiyə qədər bu imtahanın nəticəsi “məqbul”x9d və ya “qeyri-məqbul”x9dla qiymətləndirilir, “məqbul”x9d alanlar qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanlarına buraxılıblar.xa0
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas xa0təhsili müəssisələrinə tələbə qəbulu qaydaları”x9dna etdiyi dəyişikliyə əsasən artıq “məqbul”x9d alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanlarına buraxılacaqlar.xa0
Başqa sözlə, qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən tes imtahanından “məqbul”x9d alıb, cari ilin abituriyentləri üçün buraxılış imtahanında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul ola bilməsələr, növbəti il Azərbaycan dilindən test imtahanı vermədən buraxılış imtahanına buraxılacaqlar.






























































































