Novruz bayramı ilə əlaqədar qeyri-dərs günləri açıqlandı

Novruz bayramı ilə əlaqədar qeyri-dərs günləri açıqlandı

Hazırda oxunan: Novruz bayramı ilə əlaqədar qeyri-dərs günləri açıqlandı

122472
Azərbaycan Təhsil Nazirliyi Novruz bayramı ilə əlaqədar şagirdlər üçün necə gün dərs gününün olmayacağına aydınlıq gətirib.
xa0
Moderator.az-ın Trend-ə istinadən xəbərinə görə, Nazirlər Kabinetinin “2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları haqqında”x9d 24 dekabr 2015-ci il tarixli, 402 nömrəli Qərarına əsasən, 2016-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləri kimi təsbit olunub və həmin günlər iş günü hesab edilmir.
xa0
Nazirlikdən bildirilib ki, bayramın ilk günü bazar gününə təsadüf etdiyindən bayramdan əvvəlki həftənin dərs günlərində dəyişiklik olmayacaq. Belə ki, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində mart ayının 19-u, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mart ayının 18-i dərs günüdür.
xa0
Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, 20 mart tarixinin bazar gününə təsadüf etməsi ilə əlaqədar martın 25-i iş günü hesab olunmur. Bununla əlaqədar olaraq, bayramdan sonra 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində mart ayının 26-sı, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mart ayının 28-i dərs günü olacaq.
xa0
Beləliklə, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə 9, 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə 6 gün dərs günü olmayacaq.
xa0
Xatırladaq ki, ötən tədris illərində bütün şagirdlər üçün martın 17-dən 24-dək 8 günlük “Yaz tətili”x9d olurdu. Tədris ilinin uzadılması və tətil günlərində müəyyən dəyişikliklərin edilməsi ilə əlaqədar bu tədris ilində şagirdlər üçün ayrıca “Yaz tətili”x9d nəzərdə tutulmayıb.
xa0
Bu il ilk dəfə olaraq, tədris ili iyunun 14-də başa çatacaq. 2015-2016-cı tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrində dərslər iyunun 14-də başa çatacaq. Dərs ili müddətində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün isə 5 gün (1-5 may) əlavə yaz tətili müəyyən edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO