İsrail ilə imzalanan sülh müqaviləsi Misirdə dərsliklərə salınacaq

İsrail ilə imzalanan sülh müqaviləsi Misirdə dərsliklərə salınacaq

Hazırda oxunan: İsrail ilə imzalanan sülh müqaviləsi Misirdə dərsliklərə salınacaq

122203
Misir dərsliklərində İsrail ilə imzalanan sülh müqaviləsi yer alacaq.

Bu barədə Moderator.az “newsru.co.il”x9d-ə istinadən xəbər verir.

“Kemp-Devid”x9d müqaviləsinin imzalanmasından 37 il keçdikdən sonra Misir məktəblərinin proqramına sülh haqqında hekayə daxil edilib. “Kemp-Devid”x9d sülh müqaviləsi İsrail və Misir arasında 1979-cu ildə imzalanıb.

Doqquzuncu sinifin tarix kitablarında müqavilənin səkkiz maddəsi sözbəsöz yazılıb. Bu maddələrdə müharibənin qurtarma şəraitindən və tərəflərin müstəqilliyinin və suverenliyinin tanınmasından danışılır.

Həmçinin məlumat verilir ki, Misirin prezidenti Ənvər Sədat və İsrailin baş naziri Menahem Beqin Nobel sülh mükafatına layiq görülüblər. Qeyd etmək lazımdır ki, dərsliyin müəllifləri dərslikdə qiymət verici mülahizələrdən yayınıblar.

2014-cü ildə başlayan islahatdan sonra 1.300 dərsliyə dəyişikliklər edilib. Baxmayaraq ki, dəyişikliklərin əsas məqsədi radikal islamın təsirinə qarşı mübarizədir, bu kitablardan məktəblilər Sədatın İsrail ilə sülh müqaviləsi imzaladığı üçün fanatik müsəlmanlar tərəfindən öldürüldüyünü bilməyəcəklər.

Ramil Həsənli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO