Müdafiə Nazirliyi icbari şəxsi sığorta haqqının ödənilməsini təmin EDƏCƏK

Müdafiə Nazirliyi icbari şəxsi sığorta haqqının ödənilməsini təmin EDƏCƏK

Hazırda oxunan: Müdafiə Nazirliyi icbari şəxsi sığorta haqqının ödənilməsini təmin EDƏCƏK

121927

Müdafiə Nazirliyi dövlət icbari şəxsi sığorta haqqının 2023-cü il yanvarın 1-dən 2024-cü il yanvarın 1-dək ümumi say tərkibinə uyğun olaraq ödənilməsini təmin etməlidir. 

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması qaydası”nda əksini tapıb.

Müdafiə Nazirliyi barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlarına unikal kodun verilməsi üçün ən geci 2024-cü il iyunun 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etməlidir. 
Qeyd edək ki, qərara əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti - on bir min manat sığorta məbləğinin 1 (bir) faizi miqdarındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO