Şimalda güclü küləyin fəsadları - Bəzi məntəqələrdə enerji KƏSİLİB 

Şimalda güclü küləyin fəsadları - Bəzi məntəqələrdə enerji KƏSİLİB 

Hazırda oxunan: Şimalda güclü küləyin fəsadları - Bəzi məntəqələrdə enerji KƏSİLİB 

121834

Bu gecə saat 3-dən şimal bölgəsinin Quba və Qusar rayonlarında güclü külək əsməyə başlayıb.

Külək rayonlarda enerji təminatında problemlər yaradıb. Qusar rayonu ərazisində bir neçə yerdə ağacların elektrik xətlərinin üzərinə aşması müşahidə edilib.

Baş verən qəzalarda yaşayış məntəqələrinə verilən enerji kəsilib. Bəzi yerlərdə isə təhlükəsizlik baxımından küləyin daha çox fəsadlara yol açmaması üçün enerji verilişi dayandırılıb.

"Azərişıq" ASC-nin Qusar rayon şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, güclü külək nisbətən səngiyib.

Qəzalar və fasilələr yaranan yaşayış məntəqələrinin 60 faizində işığın verilişi bərpa edilib. Digər ərazilərə enerjinin bərpası üçün qəza briqadası işləri davam etdirir.

Qubada da güclü külək səbəbindən işıq verilişi səhər saatlarında bərpa edilib.  Quba İH-dən verilən məlumata görə, yaşayış məntəqələrinə enerji verilişi hissə-hissə bərpa olunur.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO