Ağsuda Heydər Əliyev ili çərçivəsində rayon təhsil sektorunun təşkilatçılığı və təşəbbüsü ilə təhsil sektorunun tabeliyində olan ümumtəhsil məktəblərində ağacəkmə aksiyaları keçrilir.Növbəti belə aksiya rayonun Qaravəlli kənd ümumi orta məktəbində təşkil olunub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki,Qaravəlli kənd ümumi orta məktəbin həyətyanı sahəsində reallaşan aksiyada məktəbin kollektivi, rəhbərliyi və Ağsu rayon təhsil sektorunun müdiri Əlimirzə Məmmədov iştirak edib.
Qaravəlli kənd ümumi orta məktəbin həyətində şagirdlərin asudə vaxtlarının səmərəli təşkil olunması üçün bu günə kimi müxtəlif növ meyvə ağacları, tut tingləri eləcə də dekorativ ağaclar əkilib.
Bundan başqa bu günkü aksiyada məktəbin biologiya müəllimi Vasif Abdullayev sınaq məqsədi ilə Türkiyədən ölkəmizdə ilk dəfə olaraq “Qoji Berry” yəni “qurd üzümü” bitkisi gətirib və məktəbin həyətində onun əkinini həyata keçirib. Bildirilib ki, həmin bitkinin tərkibi insan üçün faydalı mikro elementlər eləcə də vitaminlərlə zəngindir.
Məktəbin biologiya müəllimi Vasif Abdullayev deyir ki, bir müddət əvvəl də Elmlər Akademiyası Elmin inkişafı fonduna verdiyi layihə çərçivəsində ilk dəfə “Stevia” (“Şəkər out”) bitkisini xaricdən gətirərək sınaqdan keçiriblər və xeyli effektli olub.
Qeyd edilib ki, Ağsu rayon təhsil sektorunun əhatə etdiyi bütün ümumtəhsil orta məktəblərində bundan sonra da Heydər Əliyev ili çərçivəsində bu kimi aksiyaların keçirilməsi nəzərdə tutulur.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu.