FHN Naxçıvanda beşmərtəbəli binadakı yanğınla bağlı MƏLUMAT YAYDI - VİDEO 

FHN Naxçıvanda beşmərtəbəli binadakı yanğınla bağlı MƏLUMAT YAYDI - VİDEO 

Hazırda oxunan: FHN Naxçıvanda beşmərtəbəli binadakı yanğınla bağlı MƏLUMAT YAYDI - VİDEO 

121115

Naxçıvanda yaşayış binasında baş verən yanğın nəticəsində beşmərtəbəli binanın dam örtüyü 400m² sahədə yanıb. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Məlumata görə, “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, 2-ci mikrorayonda yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və yanğın dərhal əraziyə cəlb olunmuş yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının dam örtüyü 400m² sahədə yanıb.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilməyib. 

Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən bina sakinlərinin təxliyəsi həyata keçirilib, xəsarət alan olmayıb. 

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO