Qarabağda suvarma şəbəkələri yenidən QURULUR

Qarabağda suvarma şəbəkələri yenidən QURULUR

Hazırda oxunan: Qarabağda suvarma şəbəkələri yenidən QURULUR

120819

Qarabağda suvarma şəbəkələri üçün 7 layihə təklif edilib. Xaçınçay su anbarından 7 km-lik kanalın açılışı bu il mümkün ola bilər.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Ağdam şəhərində keçirilən Şəhərsalma üzrə işçi qrupunun növbəti iclasında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Elmar Orucov bildirib.

Onun sözlərinə görə, Tərtər çayından 14 km-lik su xətti də çəkilə bilər.

“Tərtər çayına buraxılan su kifayət deyil. Buna səbəb Sərsəng su anbarıdır. 30 880 ha ərazi Xaçınçay suyu vasitəsi təmin edilə bilər. Əgər çəkilən xətlərlə su olmayacaqsa, digər alternativlər də nəzərdə tutulacaq”, - deyə qurumun nümayəndəsi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO