\

\"Ağdamda 2 kilometrlik radiusda 49483 ədəd mina var\" - ANAMA

Hazırda oxunan: \"Ağdamda 2 kilometrlik radiusda 49483 ədəd mina var\" - ANAMA

120799

Ağdamın 7 kəndi keçmiş təmas xətti ərazisinə düşür. Rayon üzrə 2 kilometrlik radiusda 49483 ədəd tank və piyada əleyhinə minalar var.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov deyib.

O bildirib ki, təhlükəsiz yaşayışı təmin etmək üçün bu ərazilər təmizlənməlidir. 

O da qeyd olunub ki, Ağdamda örüş əraziləri hələlik təyin edilməyib. ANAMA əməkdaşı təkcə Ağdamda 64 mina hadisəsinin baş verdiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO