Mübariz Qurbanlı:

Mübariz Qurbanlı:" Bütün problemlərin həlli multikulturalizmdən asılıdır"

Hazırda oxunan: Mübariz Qurbanlı:" Bütün problemlərin həlli multikulturalizmdən asılıdır"

120563
Fevralın 9-da xa0Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016”x9d adlı Beynəlxalq Multikulturalizm qış məktəbinin müxtəlif ölkələrdən olan iştirakçıları ilə görüşüb.

Moderator.az-ın xəbərinə görə, Mübariz Qurbanlı bildirib ki, bu gün dünyada multikulturalizmin alternativi yoxdur.xa0

Tarixən tolerant və multikultural dəyərləri üstün tutan, əhalisinin 96 faizini müsəlmanlar təşkil edən Azərbaycanda bütün dinlərin nümayəndələri ”“ müsəlman, xristian, yəhudilər əsrlərdir sülh və qardaşlıq şəraitində yaşayır.xa0

Azərbaycan Multikulturalizm modelinin dünyaya nümunə ola biləcəyini vurğulayan xa0Komitə sədri ölkəmizdə İslam dininin müxtəlif məzhəbləri arasında həmrəylik olduğunu, Cənubi Qafqazın ən böyük məscidi sayılan Heydər məscidində vəhdət namazlarının qılındığını diqqətə çatdırıb.

Ölkəmizdəki dini konfessiyalar barədə iştirakçılara ətraflı məlumat verən Mübariz Qurbanlı bildirib ki, bu konfessiyalar anlaşma şəraitində fəaliyyət göstərirlər. Azərbaycanda multikultural mühitin kökündə Azərbaycan xalqının mentalitetinin, xalqın tərbiyəsinin dayandığını deyən Komitə sədri azərbaycanlı ailələrdə kiməsə nifrət hissinin deyil, sevginin, hörmətin, humanizm, mərhəmət hisslərinin təşviq edildiyini vurğulayıb.

Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”x9d elan edilməsi, eləcə də həyata keçirilən bütün bu işlər multikulturalizmin dövlət siyasətində prioritet olmasının, Azərbaycanda müxtəlif konfessiyalar və etnik birliklərin dostluq, qardaşlıq şəraitində yaşamasının, ölkəmizdə normal multikultural mühitin mövcudluğunun göstəricisidir.xa0

Azərbaycanda dövlət siyasətinin tolerant mühiti dəstəklədiyini diqqətə çatdıran Mübariz Qurbanlı qeyri-islam dini icmalara dövlət tərəfindən mütəmadi maliyyə yardımı göstərildiyini, məscidlər, sinaqoqlar və kilsələrin mavi yanacaqla təminatda güzəştlər əldə etdiklərini deyib.

Mübariz Qurbanlı qeyd edib ki, dünyanın 30 ölkəsində milli, etnik, dini zəmində toqquşmalarda son 15 ildə ölənlərin sayı orta hesabla 2,5 milyona çatıb, ən azı, 50 milyon insan isə öz torpağından didərgin düşüb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə iştirakçılara geniş məlumat verən, bu münaqişə nəticəsində ərazilərimizin 20 faizinin işğal olunduğunu, 1 milyon azərbaycanlının öz doğma yurd-yuvasından didərgin düşdüyünü vurğulayan Mübariz Qurbanlı ermənilərin işğal etdikləri ərazilərdə tarixi və dini abidələrimizi məhv etdiklərini bildirib.xa0

Komitə sədri dünyadakı bütün problemlərin həllinin dinlər, sivilizasiyalararası dialoqlardan, digər dinlərin, dillərin, müxtəlif mədəniyyətlərin, eləcə də müxtəlif irqlərin nümayəndələrininə bərabər münasibətin, hörmətin göstərilməsindən - multikulturalizmdən asılı olduğunu deyib.

Qeyd edək ki, 2015-ci ilin yaz və payız semestrlərində “Azərbaycan multikulturalizmi”x9d və “Multikulturalizmə giriş”x9d fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatıldıqları Beynəlxalq Multikulturalizm qış məktəbinə Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniyanın ali təhsil ocaqlarından 43, Azərbaycanın yerli universitetlərindən 12 nəfər olmaqla, ümumilikdə 55 tələbə, eləcə də yerli və xarici mütəxəssislər qatılıb.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO