Qəbələdə bu kəndin yolları yenidən qurulur – FOTO

Qəbələdə bu kəndin yolları yenidən qurulur – FOTO

Hazırda oxunan: Qəbələdə bu kəndin yolları yenidən qurulur – FOTO

120512

Bir müddət əvvəl Qəbələ rayonunda kənd sakinləri daxili yolların bərbad və çətin olması barədə rayon icra hakimiyyəti qarşısında məsələ qaldrmışdı. 

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, Qəbələ rayon icra hakimiyyəti başçısının Həmzəli kəndində sakinlərlə görüşündə bu sosial məsələnin qaldırılması nəzarətə götürülmüşdü.

Qeyd olunmuşdu ki, payız-qış aylarında kənd daxili yollarda nəinki nəqliyyat, heç insanlar belə piyada hərəkət etməkdə çətinlik çəkir. 

Rayon icra hakimiyyətindən verilən məlumata əsasən artıq bu problem həllini tapmaq üzrədir.

Belə ki, kəndarası yolların təmir edilməsinə başlanılıb. Yollara qum, çınqıl tökülüb, hamarlama işləri həyata keçirilir.   

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO