“Azərbaycanda IX sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya müəyyən ixtisasa yiyələnməyən xeyli sayda gənc var”.
Bizim.Media xəbər verir ki, bunu “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsinin təqdimatında Təhsil naziri Emin Əmrullayev bildirib.
MÖVZU İLƏ BAĞLI:
Təhsil Nazirliyi vətəndaşları videoformatda qəbul edəcək
Onun sözlərinə görə, bu istiqamətdə peşə təhsilinin əhatəliliyinin və əlçatanlığının artırılması çox böyük fürsətdir:
“Son illərdə bu istiqamətdə böyük işlər görülür. Hazırda peşə təhsilinə qəbul prosesi elektron formatda aparılır.
İldən-ildən peşə təhsilinə qəbul olan tələbələrin sayı daha da artmaqdadır. Bu tədris ilində ötən ilə nisbətən 27 faiz çox tələbəni peşə təhsilinə qəbul etmişik.
Gənclərin peşə təhsilinə qatılması onların gələcəkdə iqtisadi vəziyyətinə, gəlirlərinə, rifahına müsbət təsdir edən amillərdən biridir”.
Bizim.Media