6 gündür dağıntılar altında qalan azərbaycanlı tələbənin ANASI – “Sağ çıxanlar var, ümidliyəm”

6 gündür dağıntılar altında qalan azərbaycanlı tələbənin ANASI – “Sağ çıxanlar var, ümidliyəm”

Hazırda oxunan: 6 gündür dağıntılar altında qalan azərbaycanlı tələbənin ANASI – “Sağ çıxanlar var, ümidliyəm”

119873

Türkiyədə baş verən güclü zəlzələdə dağıntılar altında qalan Malatya İnönü Universitetində təhsil alan 4 azərbaycanlı tələbə ilə bağlı 6 gündür ki, məlumat yoxdur.

Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə Malatyada 7 mərtəbəli binanın 2 mərtəbəsində bir evdə yaşayıblar.

Tələbələrlə bağlı  axtarışlar dünəndən etibarən daha da sürətlənib və onların yaşadığı əraiyə Çindən gələn xilasetmə qrupunun əməkdaşları cəlb olunub.
Şahin Verdiyevin anası Esmira Hüseynova Bizim.Media-ya açıqlamasında ümidlə gözlədiyini dilə gətirib:

“Nəfəs almıram. Yaşayan ölüyəm. Heç bir məlumat yoxdur. Bildiyim odur ki, dünən və bu gün oğlumun yaşadığı binanın dağıntıları altından sağ çıxanlar var. Ümidlə gözləyirəm. Allah böyükdür”.

Samir Quliyevin dayısı oğlu Ramal Şəmşədli də tələbələrdən heç bir məlumat almadıqlarını bildirib:

“6 gündür, xəbər almırıq. Həmin binadan dünən sağ çıxanlar olub. Bu gün isə çıxanlar dünyasını dəyişənlərdir. Amma biz ümidimiz üzməmişik. Yaxşı xəbər gözləyirik”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO