Fevralın 19-da Bakı Kristal Zalda baş tutacaq “Anadolu Atəşi” rəqs şousu təxirə salınmayacaq.
Bu barədə Bizim.Media-ya Bakı Kristal Zaldan məlumat verilib.
Məlumatda qeyd olunub ki, əslində konsert daha erkən olmalıydı:
“Konsert fevralın 8-də keçirilməli idi. Ancaq Türkiyədə baş verən zəlzələdən sonra konsertin tarixi dəyişdirildi və 19-na təyin olundu. Fevralın 8-i üçün satılan biletlər qüvvədədir”.
Konsertin xeyriyyə məqsədli təşkil olunub-olunmaması məsələsinə gəlincə…
“Konsertin xeyriyyə məqsədi ilə təşkil olunub-olunmayacağı ilə bağlı bizə heç bir məlumat verilməyib. Bu barədə qərar verəcək olan “Anadolu Atəşi” rəqs qrupu və təşkilatçılarıdır”.
Aygün İbrahimli, Bizim.Media
