Həbsxanaya kartofun içində narkotik keçirən şəxs saxlanıldı - FOTO

Həbsxanaya kartofun içində narkotik keçirən şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: Həbsxanaya kartofun içində narkotik keçirən şəxs saxlanıldı - FOTO

11943

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

 

MÖVZU İLƏ BAĞLI:

Həbsxanaya narkotik maddə keçirilməsinin qarşısı alındı


Bizim.Media xəbər verir ki, Cinayət Məcəlləsinin 177.2.3; 177.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilən və hal-hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan Rzayev Razi Arif oğluna qaynı, Gəncə şəhər sakini Məmmədov Arzu Qurban oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan kartofun içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,683 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 3,042 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

​​​​​​​Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO