"Dövlətin qənaət tədbirindən sui-istifadə edənlər var"

Hazırda oxunan: "Dövlətin qənaət tədbirindən sui-istifadə edənlər var"

119262
Ölkədə struktur islahatları aparılır və deyilənə görə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) da bu islahatların “qurbanı”x9d olacaq. Bu gün mətbuata açıqlama verən TQDK sədri Məleykə Abbaszadə TQDK-nın hansı quruma birləşdirilməsi barədə hələ ki, qərar qəbul edilməyini bildirib. xa0

Bəs görəsən TQDK-nın ləğv edilməsi və ya hansısa quruma birləşdirilməsinin nə kimi mənfi və ya müsbət tərəfləri ola bilər?

Moderator.az-ın bununla bağlı sualını təhsil eksperti Nəbatəli Qulamoğlu cavablandırıb.xa0

Ekspert TQDK-nın ləğvi və ya hansısa quruma birləşdirilməsi fikrini qənaətbəxş hesab etməyib: “Hesab edirəm ki, dövlətin qənaət tədbirindən sui-istifadə edənlər var. TQDK 20 ildən çox olan fəaliyyəti ilə bu sahədə xeyli müsbət təcrübə toplayıb və əsasən şəffaf imtahan aparır. Əgər bu qurumu ləğv etsələr, yaxud Təhsil Nazirliyinə birləşdirsələr, korrupsiya ayaq açacaq və ciddi ictimai narazılıq yaranacaq. Güman edirəm ki, TQDK yerində qalacaq. Xalqın bu quruma ciddi dəstəyi var”x9d.

Rumiyyə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO