Şuşada yollar buz bağlayıb, hərəkət məhdudlaşıb – FOTO

Şuşada yollar buz bağlayıb, hərəkət məhdudlaşıb – FOTO

Hazırda oxunan: Şuşada yollar buz bağlayıb, hərəkət məhdudlaşıb – FOTO

119140

Fevralın 7-i gecə saatlarından yağan qar Şuşa şəhərində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.

Bizim.Media xəbər verir ki, gecə temperaturun aşağı düşməsi rayonun dağ yollarında buzlanmaya səbəb olub.

Şəhərdaxili və dağ yollarında gediş-gəliş məhdudlaşıb. Hazırda yolların qardan təmizlənməsi üçün texnikalar cəlb olunub.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 8-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensivləşib.
Qar örtüyünün hündürlüyü Qaxda 45 sm, Ağdərədə (Ordubad) 32 sm, Şahdağda 14 sm, Xaltanda 12 sm, Göygöl, Gədəbəydə 10 sm, Qrız, Daşkəsən 8 sm, Altıağacda 7 sm, Oğuz 6 sm, Şəkidə 16 sm, Şahbuz 3 sm, Qəbələ, Zaqatala, Qobustanda 1 sm olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO