Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında zəlzələ qurbanları anılır.
Bizim.Media xəbər verir ki, sıravi vətəndaşlar, ictimaiyyət nümayəndələri səfirliyə gələrək qardaş ölkə ilə həmrəylik göstərir.
Səfirlik binasının önündəki xüsusi guşəyə güllər, oyuncaqlar qoyulur, qurbanların xatirəsinə şamlar yandırılır.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.
Son məlumatlara görə, zəlzələ nəticəsində 3 432 nəfər həlak olub, 21 103 nəfər yaralanıb, 5775 bina dağılıb.
Xatırladaq ki, baş verən təbii fəlakətlə əlaqədar olaraq Türkiyədə 7 günlük milli matəm elan edilib.
Bizim.Media