Gəncədə 2 avtomobil toqquşdu - 2 nəfər xəstəxanalıq oldu - ÖZƏL - FOTO

Gəncədə 2 avtomobil toqquşdu - 2 nəfər xəstəxanalıq oldu - ÖZƏL - FOTO

Hazırda oxunan: Gəncədə 2 avtomobil toqquşdu - 2 nəfər xəstəxanalıq oldu - ÖZƏL - FOTO

118522

Gəncədə ağır xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin aeroport yolu adlanan ərazısındə, Şəmkir avtovağzalının yaxınlığında “Mercedes” markalı avtomobil ilə “VAZ 2106” markalı maşın toqquşub. 

Qəza nəticəsində VAZ-da olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Onlardan aldığımız məlumata görə, hadisənin baş vermə səbəbi ərazidə olan təhlükəsizlik kameralarına baxışdan sonra məlum olacaq. Hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.






Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO