“Avroviziya 2023”də ölkəmizi təmsil edəcək 5 namizəd ifaçı müəyyən edildi - FOTO 

“Avroviziya 2023”də ölkəmizi təmsil edəcək 5 namizəd ifaçı müəyyən edildi - FOTO 

Hazırda oxunan: “Avroviziya 2023”də ölkəmizi təmsil edəcək 5 namizəd ifaçı müəyyən edildi - FOTO 

118124

“Avroviziya 2023”də Azərbaycanı təmsil edəcək 5 namizəd ifaçı müəyyən edilib. 

Bizim.Media xəbər verir ki, Azərbaycanın Avroviziyada nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova seçim prosesi və potensial qaliblər barədə məlumatları açıqlayıb: 

“Öncə qeyd etdiyimiz kimi, Avroviziya müsabiqəsinə builki seçim zamanı mahnı müəlliflərinin azərbaycanlı olmasına xüsusi diqqət ayrılıb. Bu amillə yanaşı, digər parametrlər də nəzərə alınaraq, 5 ifaçı və onların mahnıları seçilib. Həmin istedadlı musiqiçilər - Leyla İzzətova, Humay Aslanova və Əmrah Musayev dueti, Mamagama qrupu, Turan və Tural Bağmanovlar dueti və Azər Nəsibovdur". 

O bildirib ki, mahnıların səsyazma keyfiyyəti baxımından fərqli olmasının yekun qərara təsir etməməsi və sağlam rəqabət imkanının təmin edilməsi üçün bu 5 namizədin ifaları eyni səsyazma studiyasında və eyni şəraitdə işlənilib: 
"Səsyazmadan sonra canlı ifalarının video çəkilişləri edilib. Performansların hər iki formatda (yazılmış audio və canlı video) fokus qruppasına təqdim edilməsi nəzərdə tutulub. Hazırda həmin videolar üzərində iş gedir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO