Şəmkirdə 2000 manata avtomat satmaq istəyən şəxs yaxalandı – FOTO

Şəmkirdə 2000 manata avtomat satmaq istəyən şəxs yaxalandı – FOTO

Hazırda oxunan: Şəmkirdə 2000 manata avtomat satmaq istəyən şəxs yaxalandı – FOTO

117988

Şəmkirdə “Kalaşnikov” avtomatı satan şəxs saxlanılıb.

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avtomat və onun komplekt hissələrini 2000 manata satmaq istəyən, rayon sakini, əvvəllər məhkum olunmuş Şirxan Aslanov saxlanılıb.

Şübhəli şəxsin əlindəki torbadan 1 ədəd atəşə yaralı “Kalaşnikov” avtomatı, 1 ədəd həmin avtomata məxsus daraq və 16 ədəd 7.62 mm-lik patron aşkar edilib.
Baxış zamanı saxlanılan şəxsin üzərindən narkotik maddə olan “heroin” də müəyyən olunaraq götürülüb.

Qurumdan onu bildiriblər ki,  Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının cari ilin yanvar ayında qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması  istiqamətində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə rayon sakinlərinə məxsus 29 ədəd müxtəlif marka və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO