Göygöldə ƏMƏLİYYAT - Silah satmaq istəyən şəxslər həbs olundu

Göygöldə ƏMƏLİYYAT - Silah satmaq istəyən şəxslər həbs olundu

Hazırda oxunan: Göygöldə ƏMƏLİYYAT - Silah satmaq istəyən şəxslər həbs olundu

117642

Göygöldə narkotik müqabilində odlu silah satmaq istəyən şəxs saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə həbs olunmuş Elnur Tağıyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Şöbədə saxlanılan şəxsin üzərinə qanunla müəyyən edilmiş qaydada baxış keçirilən zaman 1 ədəd, atəşə yararlı, 7.62 kalibirli "revolver" tipli tapança aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs odlu silahı tanımadığı şəxsə narkotik vasitə qarşılığında satmaq üçün Göygöl rayonuna gətirdiyini bildirib.
Bundan başqa şöbənin Post Patrul Xidməti bölüyünün əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Tural Quluyev saxlanılıb və ondan narkotik maddə olan "tiryək" aşkarlanıb.

Şöbənin Cinayət Axtarışı Bölməsinin əməkdaşları isə Bərdə rayon sakini Elçin Sadıqovu saxlayan zaman ondan narkotik maddə olan " heroin" və "metamfetamin" aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məqsəd Rəhimov Bizim Media Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO