"Bakı-Quba-Rusiya sərhədinə çəkilən ödənişli yol istufadəyə veriləndən sonra ənənəvi Bakı-Quba yolunun Qubaya gedən hissəsinin bərpasına başlanılacaq”.
Bu məlumatı millət vəkili Vahid Əhmədov Bizim.Media-ya deyib.
Onun sözlərinə görə, bu il mayın 10-da milli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Bakı-Quba-Rusiya sərhədinə çəkilən ödənişli yol istifadəyə hazır olacaq və açılışı keçiriləcək:
“Ondan sonra Bakı-Quba yolunun əsaslı bərpası nəzərdə tutulur. Çünki yolun Qubadan Bakıya gələn hissəsi təmirə bağlandıqdan sonra Bakıdan Qubaya gedən hissəsi də sıradan çıxıb, indi bu zolağın təmirə dayandırılması planlaşdırılır”.
Millət vəkili bildirib ki, hazırda isə Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyi yeni yolun mayın 10-da hazır olması üçün son tamamalama işləri ilə məşğuldur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:00 / 31.01.2023
Bakıdan Qubaya gedən yol BAĞLANACAQ – Deputatdan AÇIQLAMA
Hazırda oxunan: Bakıdan Qubaya gedən yol BAĞLANACAQ – Deputatdan AÇIQLAMA
Hazırda oxunan: Bakıdan Qubaya gedən yol BAĞLANACAQ – Deputatdan AÇIQLAMA
117641
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.