Qəbələdə iki ay əvvəl itkin düşən şəxsin skleti və əşyaları tapıldı - FOTO  

Qəbələdə iki ay əvvəl itkin düşən şəxsin skleti və əşyaları tapıldı - FOTO  

Hazırda oxunan: Qəbələdə iki ay əvvəl itkin düşən şəxsin skleti və əşyaları tapıldı - FOTO  

117510

Ötən il noyabrın 29-da Qəbələ şəhər sakini, 50 yaşlı Səyavuş Həmidov sahibi olduğu mağazadan çıxıb və geri qayıtmadığından ailəsi narahatlıq keçirib və onun tapılması üçün polisə müraciət edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün rayonun Nohurqışlaq kəndinin dağətəyi meşəlik hissəsində tapılan həmin insan skeletinin Səyavuş Həmidova aid olduğu ailəsi və polis tərəfindən təsdiqlənib.

Belə ki, bu gün Səyavuş Həmidovun ailə üzvləri və yaxınları eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları qalıqların tapıldığı ərazidə olub, ona aid gödəkçə, telefon kartı və daraq tapıblar.
Mərhumun qardaşı Mehdi Həmidov tapılan meyit qalıqlarının eləcə də əşyaların qardaşına aid olduğunu təsdiqləyib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Mənsimov tapılan qalıqlarla bağlı ekspertiza aparılacağını və bundan sonra qalıqların kimə məxsus olduğunun dəqiq bilinəcəyini qeyd edib.

Polis kapitanı nəticələrin yaxın günlərdə açıqlanacağını bildirib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO