Balakəndə dövlət əmlakının mənimsənilməsinə görə cinayət işi başlanıldı

Balakəndə dövlət əmlakının mənimsənilməsinə görə cinayət işi başlanıldı

Hazırda oxunan: Balakəndə dövlət əmlakının mənimsənilməsinə görə cinayət işi başlanıldı

117480

Balakəndə dövlət əmlakının mənimsənilməsinə görə cinayət işi başlanılıb.

Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məlumat verilib.

Balakən rayon Qullar bələdiyyəsində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırma zamanı Ramazan Ömərovun Qullar bələdiyyəsinin sədri işlədiyi müddətdə xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Balakən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO