"Oğlumla şəhid olmamışdan bir gün öncə danışdım. Danışıqlarımızda hər hansı bir problemin olduğunu deməmişdi".
Bizim.Media xəbər verir ki, bunu şəhid Orxan Əsgərovun dəfn mərasimində atası Rizvan Əsgərov deyib.
O bildirib ki, oğlunun arzuları böyük idi.
"Orxan böyük Türk dünyası uğrunda çalışırdı. Çox vətəncanlı idi, övladlarını da bu ruhda yetişdirirdi. Bundan sonra çalışacağıq ki, onun yarımçıq qalan arzularını biz yerinə yetirək", - atası vurğulayıb.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub.
Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:28 / 30.01.2023
"Çalışacağıq ki, onun yarımçıq qalan arzularını biz yerinə yetirək" - Orxan Əsgərovun atası
Hazırda oxunan: "Çalışacağıq ki, onun yarımçıq qalan arzularını biz yerinə yetirək" - Orxan Əsgərovun atası
Hazırda oxunan: "Çalışacağıq ki, onun yarımçıq qalan arzularını biz yerinə yetirək" - Orxan Əsgərovun atası
117414
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.