Nazirlər şəhid Orxan Əsgərovun DƏFNİNDƏ - FOTO

Nazirlər şəhid Orxan Əsgərovun DƏFNİNDƏ - FOTO

Hazırda oxunan: Nazirlər şəhid Orxan Əsgərovun DƏFNİNDƏ - FOTO

117384

Azərbaycanın İrandakı Səfirliyinə edilən terror hücumunda şəhid olan Orxan Əsgərovun cənazəsi dəfn olunması üçün İkinci Şəhidlər Xiyabanına gətirilib.

Bizim.Media xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri və hakimiyyət nümayəndələri iştirak edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid Orxan Əsgərov bu gün II Şəhidlər xiyabanında DƏFN OLUNACAQ - FOTO


Müdafiə naziri Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Daxili İşlər naziri Vilayət Eyvazov və Müdafiə sənayesi naziri Mədət Quliyev II Şəhidlər Xiyabanında şəhid Orxan Əsgərovun dəfn mərasimində iştirak edirlər.

Qeyd edək ki, Orxan Əsgərov II Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Səfirliyin iki mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Yanvarın 29-da isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib. Ümumilikdə Tehrandan Bakıya 53 nəfər təxliyə edilib.










Səkinə Yusibli, Əfqan Pənahoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO