Qəbələdə kişi skeleti aşkarlandı

Qəbələdə kişi skeleti aşkarlandı

Hazırda oxunan: Qəbələdə kişi skeleti aşkarlandı

117298

Bu gün günorta saatlarında Qəbələnin Nohurqışlaq kəndinin dağlıq ərazisində insan skeleti tapılıb. Skeletin kişi cinsinə aid olduğu bəlli olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun inspektoru, polis kapitanı Mahir Mənsimov təsdiqləyib.

Qeyd olunur ki, məlumat daxil olan kimi, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə yollanıb və skeletə ilkin baxış keçirilib.

Hazırda kriminalistlər həmin şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparır.  Əlavə məlumat veriləcək.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO