İrandan gətirilən kartofda zərərli orqanizm aşkar edildi

İrandan gətirilən kartofda zərərli orqanizm aşkar edildi

Hazırda oxunan: İrandan gətirilən kartofda zərərli orqanizm aşkar edildi

116813

Fiziki şəxs Yusibova Solmaz Hümbət qızının İran İslam Respublikasından idxal etdiyi ərzaqlıq kartof məhsulundan götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizm - kartofun qonur çürüməsi (fitopatogen bakteriyalar: Ralstonia solanacearum (Smith) Yabuuchi et al) aşkar olunub.

Bu barədə Bizim.Media-ya Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.

Bildirilib ki, aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. 

71100 kq ərzaqlıq kartofun məhv edilməsinə dair müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO