Bu il Bakıda daha 2 “ASAN xidmət” və 1 “ASAN Kommunal” mərkəzinin açılışı planlaşdırılır.
Bizim.Media-ya bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
"ASAN xidmət"də qanun pozuntuları - Rəhbərlərə xəbərdarlıq edildi
Məlumata görə, Bakı, Gəncə və Sumqayıtda növbəti mərkəzlər istifadəyə veriləcək. Həmçinin Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.
Xatırladaq ki, hazırda ölkəmizdə 20 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir.
Bizim.Media