Şamaxı Rəsədxanası asteroidlə bağlı AÇIQLAMA VERDİ: “Sabah gecə…”

Şamaxı Rəsədxanası asteroidlə bağlı AÇIQLAMA VERDİ: “Sabah gecə…”

Hazırda oxunan: Şamaxı Rəsədxanası asteroidlə bağlı AÇIQLAMA VERDİ: “Sabah gecə…”

116559

Yanvarın 26-da Yerin yaxınlığından diametri 5-6 metr olan asteroid keçəcək.

Bizim.Media xəbər verir ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası müşahidə ediləcək göy cisminə müvəqqəti olaraq “2023 BU” adı veridiyini açıqlayıb.

Məlumatda qeyd olunub ki, “2023 BU” asteroidi yüksək parlaqlığa malikdir. Onu hətta həvəskar teleskoplarla da müşahidə etmək mümkün olacaq:

“Lakin asteroidi yalnız Yer kürəsinin cənub yarımkürəsinin sakinləri görə biləcəklər. Bu asteroid Yer üçün təhlükəli deyil, çünki o, planetdən bir neçə min kilometr uzaqlıqdan keçəcək. Daha dəqiq desək, Yerin mərkəzindən 6,200 mildən (10,000 km) az məsafədən keçəcək və Yerin orbitində fırlanan geostasionar peyklərin təxminən dörddə biri məsafəsində olacaq. Bu da onu deməyə əsas verir ki, “2023 BU” asteroidi Yerə son dərəcə yaxın, amma təhlükəsiz şəkildə keçəcək. Ümumilikdə isə diametri 150 metrdən böyük olan göy cisimləri planetimiz üçün təhlükəli hesab edilir”.

Asteroidin hərəkətini izləmək üçün Virtual Teleskop keçidindən (//www.virtualtelescope.eu/webtv/) istifadə etmək olar. 

Keçid üzərindən canlı yayım yanvarın 26-da saat 23.15-də başlayacaq.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO