Zaqatalada avtomobil piyadanı öldürdü

Zaqatalada avtomobil piyadanı öldürdü

Hazırda oxunan: Zaqatalada avtomobil piyadanı öldürdü

116097

Bu gün axşam saatlarında Zaqatala şəhərinin Nizami küçəsində yolu keçmək istəyən qadını avtomobil vurub.

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, rayon sakini Fərid Səmədov idarə etdiyi "VAZ 21015" markalı minik avtomobili ilə piyada, rayonun Üçüncü Tala kənd sakini 55 yaşlı Güləsər Əliyevanı vurub.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Güləsər Əliyeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO