Qonorar o halda tədbiq edilir ki, həmin qonaq güclü reytinq gətirsin. Bu zaman həmin şəxsin rəqib telekanallarda çıxmaması üçün ona müəyyən qonorar təklif edilməlidir. xa0
xa0
Bu sözləri xa0tanınmış media eksperti Zeynal Məmmədli efirə dəvət edilən qonaqlara qonorar verilməsi barədə danışarkən deyib. Onun fikrincə, bu qaydanın tədbiqi efirdəki simaların dəyişməsinə səbəb olacaq:
xa0
“Düşünürəm ki, televiziyalarımızda qonorar sisteminin tədbiq edilməsi çox yaxşı olardı. Çünki biz bütün televiziyalarımızda eyni simaları görürük. Bu isə tamaşaçılar üçün heç də yaxşı deyil”x9d.
xa0
Tele-tənqidçi, professor Qulu Məhərrəmlinin fikrincə isə qonaqlara qonorar tədbiq edilməsi televiziyaların nüfuzuna müsbət təsir göstərəcək amillərdən biridir:
xa0
“Efirə dəvət edilən qonaqlara qonorar verilməsi bütün dünyada çoxdan tədbiq edilib. Televiziyaya dəvət edilən tanınmış, müəyyən qədər çəkisi olan adamlara qonorar yazılır. Əlbəttə, bu, heç bir halda şou əhlinə aid deyil”x9d.
xa0
Qulu Məhərrəmlinin sözlərinə görə, qonorar aşağıdakı şəxslərə verilməlidir:
xa0
Tanınmış simalara;
Görkəmli ədəbiyyat adamlarına;
Bəstəkarlara;
Siyasi xadimlərə;
Ekspertlərə və s.
xa0
Qeyd edək ki, efirə dəvət edilən qonaqlara qonorar verilmə sistemi dünyanın əksər ölkəsində tədbiq edilib. Türkiyədə isə dəvət və intervülərə görə qonorar tələb edən ilk sənətçi Barış Manço olub.(axar.az)






























































































