Kürdəmirdə 20 yanvar həqiqətlərindən bəhs edən KONFRANS keçirildi - FOTO 

Kürdəmirdə 20 yanvar həqiqətlərindən bəhs edən KONFRANS keçirildi - FOTO 

Hazırda oxunan: Kürdəmirdə 20 yanvar həqiqətlərindən bəhs edən KONFRANS keçirildi - FOTO 

115458

Kürdəmirdə “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.  

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonun Heydər Əliyev Mərkəzində reallaşan tədbirdə Kürdəmir rayon icra hakimiyyətinin, təhsil, səhiyyə, idarə, təşkilat nümayəndələri eləcə də rayonda yerləşən “N” saylı hərbi hissənin şəxsi heyəti iştirak ediblər.  

Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində 20 yanvar faciəsini özündə əks etdirən sərgiyə baxış keçiriblər.

Daha sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Bundan sonra konfrans şəhər 2 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı kompozisiya ilə davam etdirilib. İştirakçılar Konfrans zalında quraşdırılmış manitorda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyindəki bəyanatının videoçarxına baxıblar. 
Konfransda çıxış edənlər vurğulayıblar ki, 20 Yanvarda qanla boğulmuş və qismən əzilmiş xalq hərəkatının yenidən dirçəlişi və milli azadlıq mübarizəsi mərhələsinə keçməsi o zaman SSRİ rəhbərliyindən istefaya göndərilən və xüsusi təzyiq altında Moskvada yaşayan Heydər Əliyevin bu prosesə fəal qoşulmasından sonra xüsusi vüsət aldı.  








Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO