Qaxda Ulu öndərin 100 illiyi gənclər tərəfindən QEYD OLUNDU - FOTO 

Qaxda Ulu öndərin 100 illiyi gənclər tərəfindən QEYD OLUNDU - FOTO 

Hazırda oxunan: Qaxda Ulu öndərin 100 illiyi gənclər tərəfindən QEYD OLUNDU - FOTO 

114659

Qax rayon Gənclər və İdman idarəsi, rayon Mədəniyyət Mərkəzi və Heydər Əliyev mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər möcüzəsi, Heydər qüdrəti, qaldırdı taqətsiz bir məmmləkəti" adlı tədbir keçirilib.

Bu barədə Bizim.Media-nın əməkdaşına Heydər Əliyev mərkəzindən məlumat verilib.

Tədbirdə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər bildirib ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var.

Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynayıb.

Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb.
Tədbirdə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən məruzə, çıxışlar dinlənilib. Daha sonra Heydər Əliyevə həsr olunmuş kompozisiya və videoçarx nümayiş etdirilib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO