Xaçmazda əsən güclü külək FƏSADLAR törətdi - FOTO 

Xaçmazda əsən güclü külək FƏSADLAR törətdi - FOTO 

Hazırda oxunan: Xaçmazda əsən güclü külək FƏSADLAR törətdi - FOTO 

114656

Güclü külək Xaçmazda binanın dam örtüyünü uçurub. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə güclü külək nəticəsində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən çoxmərətəbəli binanın dam örtüyünün bir hissəsinin uçması barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən güclü külək nəticəsində beşmərtəbəli, dördbloklu yaşayış binasının 2 blokunun dam örtüyünün qoparaq yerə düşdüyü və ətrafdakı insanlar üçün təhlükəli vəziyyətin yarandığı müəyyən edilib.

Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq ərazidə müvafiq tədbirlər görərək insanların təhlükəsizliyini təmin ediblər.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO