Xəbər verildiyi kimi, Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun öldürülməsinə dair cinayət işinin istintaqı Yevlax rayon prokurorluğunda davam etdirilir.
Bu barədə Bizim.Media-ya Yevlax rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, istintaqın gedişində 1993-cü il təvəllüdlü Daşqın Xəlilov, 2004-cü il təvəllüdlü Fəxrid Allahverdiyev və 2005-ci il təvəllüdlü Ramiz Məmmədovun mərhumun evinə basqın etməsi, kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.
Qeyd edilən şəxslərə Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.11-ci (quldurluqla əlaqədar adam öldürmə) maddələrilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:56 / 13.01.2023
Yevlaxda həkimi öldürməkdə təqsirləndirilən şəxslər HƏBS EDİLDİ
Hazırda oxunan: Yevlaxda həkimi öldürməkdə təqsirləndirilən şəxslər HƏBS EDİLDİ
Hazırda oxunan: Yevlaxda həkimi öldürməkdə təqsirləndirilən şəxslər HƏBS EDİLDİ
114654
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.