Xocavənddə partlayış - Ölən var

Xocavənddə partlayış - Ölən var

Hazırda oxunan: Xocavənddə partlayış - Ölən var

114619

Xocavənddə əlində sursat partlayan şəxs ölüb.

Bizim.Media DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə yaxın dəqiqələrdə rayonun Ağburun adlanan ərazisində baş verib.

Belə ki, orada heyvan otaran 1971-ci il təvəllüdlü Elşən Hümbətov ərazidən partlayıcı sursat tapıb. E.Hümbətovun sursatla ehtiyatsız davranması ucbatından partlayış baş verib. Nəticədə o, hadisə yerində vəfat edib.

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gedərək baxış keçiriblər. Hadisə yerində təhlükəsizlik tədbirləri görüldükdən sonra E.Hümbətovun meyiti ərazidən götürülərək morqa təhvil verilib.
Araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO