Qar örtüyünün hündürlüyü Bakıda 10 sm-ə çatıb

Qar örtüyünün hündürlüyü Bakıda 10 sm-ə çatıb

Hazırda oxunan: Qar örtüyünün hündürlüyü Bakıda 10 sm-ə çatıb

113948

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Bizim.Media xəbər verir ki, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, yanvarın 10-na olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, arabir qar yağıb, bəzi yerlərdə intensivləşib.

O qeyd edib ki, qar örtüyünün hündürlüyü Altıağacda 25, Lerikdə 24, Qaxda 22, Xaltan, Yardımlıda 20, Qəbələdə 19, İsmayıllıda 16, Qubada 15, Şəkidə 13, Qusar, Şamaxı, Oğuzda 11, Zaqatalada 10, Şabranda 9, Kürdəmir, Biləsuvar, Lənkəranda 8, Qobustan, Astarada 6, Daşkəsən, Göytəpədə 5, Ağdərə, Ağsu, Balakəndə 3, Xaçmaz, Göygöldə 2, Qrız, Şahdağda 1, Bakıda və Abşeron yarımadasında 8-10 sm-dək olub.

“Dumanlı hava şəraiti isə Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qrız, Yevlax və Lerikdə müşahidə olunub və görünüş məsafəsi 50-100 metrədək məhdudlaşıb”.
G.Məmmədovanın sözlərinə görə, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0-2, Aran rayonlarında 2, Naxçıvan MR-da 8-13, dağlıq rayonlarda isə 18-23 dərəcə şaxta olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO