Paytaxtda bu gecə 4 dərəcə şaxta olacaq - PROQNOZ

Paytaxtda bu gecə 4 dərəcə şaxta olacaq - PROQNOZ

Hazırda oxunan: Paytaxtda bu gecə 4 dərəcə şaxta olacaq - PROQNOZ

113789

Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, havanın temperaturu gecə 2-4° şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2-4° şaxta, gündüz 0°-yə yaxın olacaq.

Atmosfer təzyiqi normadan yüksək 780 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı, duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 17-22° şaxta, gündüz 7-12° şaxta olacaq.
Yollar buz bağlayacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO