Siyəzən rayonunda dəm qazından zəhərlənən iki polis ölüb.
Bu barədə Bizim.Media-ya Siyəzən rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, araşdırmalarla yanvarın 8-dən 9-na keçən gecə Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov, 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq vəfat etmələri məlum olub.
Qeyd edək ki, həmin polislər yeni leytenant rütbəsi almış gənc əməkdaşlardır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu