Qubanın Qrız kəndində REKORD ŞAXTA – VİDEO

Qubanın Qrız kəndində REKORD ŞAXTA – VİDEO

Hazırda oxunan: Qubanın Qrız kəndində REKORD ŞAXTA – VİDEO

113729

"Bu gecə Qubanın Qrız kəndində respublika üzrə ən çox şaxta qeydə alınıb. 1 sm qar yağan Qrızda bu gün şaxta səhər -17,3 dərəcə  təşkil edib. Xınalıqda isə qar olmasa da -15,2 dərəcə şaxta müşahidə edilib. Qusarda 13 sm qar olmaqla -13 dərəcə şaxta olub. Altıağac qəsəbəsində qarın hündürlüyü 16 sm, şaxta -10.8 dərəcə, Şabranda qarın hündürlüyü 5 sm, şaxta isə -5,2 dərəcə təşkil edib. Şimal bölgəsində ən çox qar Qubanın Xaltan kəndinə yağıb: 21 sm”.

Bu informasiyanı Bizim.Media-ya Quba ərazi hidrometerologiya müəssisəsi verib.

Məlumata görə, bölgənin Bakı-Rusiya sərhədi, Xaçmaz, Qusar və kənddaxili avtomobil yolları buz bağlayıb.

Bölgənin yol istismar idarələri buz bağlamış yollara qum və duz tökülməsini həyata kecirib və proses davam edir.

Quba 5 saylı yol istismar idarəsinin sahə rəisi Billal Sultanov buz bağlamış Quba-Xınalıq yolunun 22-ci km-dən 38-ci km-dək olan məsafəni xüsusi texnika ilə qardan təmizlədiklərini deyib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu


Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO