Abşeronda 17 yaşlı qızı maşın vurdu

Abşeronda 17 yaşlı qızı maşın vurdu

Hazırda oxunan: Abşeronda 17 yaşlı qızı maşın vurdu

113578

Abşeronda avtomobil qadın piyadanı vuraraq öldürüb.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, yanvarın 7-də saat 19:30 radələrində Abşeron rayonu Saray qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Mercedes” markalı avtomobil yolu keçən piyada, 2006-cı il təvəllüdlü Ofeliya Axundzadəni vurub. Nəticə piyada hadisə yerində ölüb.

Polis əməkdaşları tərəfindən hadisə yerindən qaçan sürücünün şəxsiyyəti və avtomobil müəyyən edilib, saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO