Quba şəhərində su borusu partlayıb, küçələri su basıb.
Bu barədə Bizim.Media-ya Quba rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov məlumat verib.
Bildirilib ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Prospektin əsas su borusu partlayıb.
Nəticədə şəhərin Ə.Orucov və A.Hüseynov küçələri subasmaya məruz qalıb.
Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı yanında Fövqəladə Hallar Komissiyasından bildirilib ki, hazırda qəzanın aradan qaldırılması və borunun bərpası istiqamətində işlər həyata keçirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu