“Hicablı şagirdlər üçün məktəblərin təşkili o demək deyil ki, orada din təhsili alacaqlar”x9d

“Hicablı şagirdlər üçün məktəblərin təşkili o demək deyil ki, orada din təhsili alacaqlar”x9d

Hazırda oxunan: “Hicablı şagirdlər üçün məktəblərin təşkili o demək deyil ki, orada din təhsili alacaqlar”x9d

113437
Qusar rayon Xürəl kənd orta məktəbinin direktorunun şagirdi hicab bağladığına görə narahat etməsiylə bağlı Moderator.az - a məlumat daxil olub.

Düzdür, şagird dərsindən qalmır, ancaq direktor hər dəfə "hicablıları dərsə buraxmamaq bizə tapşırılıb" sözünü şüar tutaraq "gələn dəfə buaxılmayacaqsan" deyərək şagirdi psixoloji təzyiq altında saxlayır. 

Həmçinin Qusarın Avaran kəndində də vəziyyətin bu cür olduğu deyilir. Bu kənddə isə ümumiyyətlə dərsə buraxmırlar deyə azyaşlı qız uşaqları 3-4 km yol qət edərək qonşu kənddəki məktəbə gedirlər.

Mövzu ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədovun fikrini öyrənməyə çalışdıq:

"Təhsilimizdə o qədər problem var ki, baş bağlamaq onun yanında kölgədə qalar. Mənə başın üstü yox, içi maraqlıdır. Təhsilimiz hələ də xarici görünüşə müdaxilə etməkdən azad ola bilməyib. Bir də baxıram ki, dərs dediyim universitetdə dekan tələbəni danlayır ki, səliqəsiz geyinib, üzü təraş olmayıb. Tələbənin və ya şagirdin görünüşünün təhsil müəssisəsinə heç bir aidiyyatı olmamalıdır. Bu məntiqlə təhsilimiz heç vaxt Avropa standartlarına çıxa bilməz. Məktəblərdə hələ də Yunan Allahları haqda materiallar tədris edilir. Yaranış haqda düzgün biliklər verilmir. İllərlə təhsilimiz Darvinizm nəzəriyyəsindən yaxa qurtara bilmədi. Ancaq hələ də antik ədəbiyyat adı ilə “Yunan Allahları “ifadəsi sırınır. Təhsil Nazirliyi 2010-cu ildə məktəblərdə baş örtüsü ilə bağlı qərar qəbul etmişdi. Qərara görə, başıbağlı qızların məktəbə daxil olmasına qadağa qoyulmuşdu. Bildiyiniz kimi, bu da əhali tərəfindən birmənalı qarşılanmamışdı. Buna etiraz olaraq Təhsil Nazirliyinin qarşısında etiraz aksiyaları keçirilmişdi. Aksiyalarda iştirak edənlərin məhkəmə prosesi bu günə qədər davam edir. Nəticədə təhsildən yayındırma halları çoxaldı. Narazı valideynlər övladlarını məktəbdən uzaqlaşdırdı. Əvvəlki illərlə müqayisədə məktəblərdə baş örtüsünə münasibət xeyli yumşalıb. Əgər vahid məktəbli forması varsa, məktəb başqa geyimi qəbul etmirsə, qayda pozulmamalıdır. Bununla yanaşı din və vicdan azadlığına da hörmət edilməlidir. Ortaq məxrəcə gəlmək üçün dindar valideynlərin övladlarına xüsusi məktəblər təşkil edilməlidir. Hər iki tərəfin hüquqları yalnız bu formada təmin edilə bilər. Biz yetkinlik yaşına çatmayan uşaqların dinlə maraqlanmağından, başını örtməyindən danışanda bəzən unuduruq ki, valideyn uşağın qanuni nümayəndəsi və tərbiyəçisidir. Ortada təyziq yoxdursa, o, istədiyi kimi övladını tərbiyə edə bilər. Başıbağlı şagirdlər üçün məktəblərin təşkili qətiyyən diskriminasiya kimi qəbul edilməməlidir. Söhbət hüquqların təminatından gedir. Başıbağlı şagirdlər üçün məktəblərin təşkili o demək deyil ki, orada din təhsili alacaqlar. Bu təklif uşaqların sırf geyim tərzinə görə təhsildən yayınmasının qarşısının alınmasına hesablanıb. «Təhsil haqqında» qanunda hicabla bağlı hər hansı bir müddəa yoxdur. Lakin təhsil müəssisələri öz daxili nizamnamələrinə əsaslanaraq müvafiq qərarlar qəbul edirlər. Əgər məktəblər vahid geyim formasına keçirlərsə, məktəbə hicabla gəlib-gəlməməyə icazə vermək məktəbin öz hüququdur. Amma burda bir ziddiyyət var. Belə ki, Konstitusiyanın “Din və dövlət”x9d adlanan 18-ci maddəsinin birinci bəndində göstərilir: Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Əsas qanunun 3-cü hissəsində isə dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığı qeyd olunub: Hicab isə dini geyim və atributdur. Deməli, onun dünyəvi təhsil müəssisəsində olmasını qanun qadağan edir."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO