Gədəbəydə qızıl-mis emalı zavodu YANDI 

Gədəbəydə qızıl-mis emalı zavodu YANDI 

Hazırda oxunan: Gədəbəydə qızıl-mis emalı zavodu YANDI 

113432

Gədəbəy rayonunun Arıqdam kəndində qızıl-mis emalı zavodunda yanğın baş verib.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qızıl-mis emalı zavodunun platasiya sexində baş verdiyi məlum olub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Həmçinin bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 2 100 m² olan platasiya sexinin yüngül metal konstruksiyalardan ibarət üzlük hissəsi 180 m² sahədə, pres filter avadanlığının yanar hissələri, mühərriklər, nasos avadanlıqları, elektrik kabelləri və elektrik panelləri yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO