Tərtərdə həmkəndlilər arasındakı mübahisə bıçaqlanma ilə bitdi 

Tərtərdə həmkəndlilər arasındakı mübahisə bıçaqlanma ilə bitdi 

Hazırda oxunan: Tərtərdə həmkəndlilər arasındakı mübahisə bıçaqlanma ilə bitdi 

113373

Tərtərdə bıçaqlanma hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. 

Belə ki, aralarında mübahisə yaranan həmkəndlilərdən biri əlini bıçağa atıb. Rayonun Köçərli kənd sakini, 2006-cı il təvəllüdlü Mamedov Nihad Bilal oğlu həmkəndlisi, 1989-cu il təvəllüdlü Həsənov Qabil Zeynal oğluna bıçaqla xəsarət yetirib. 

Bud nahiyəsindən xəsarət alan Qabil Hüseynov Tərtər rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun həyatı təhlükəsinin olmadığı deyilir. 

Faktla bağlı araşdırma başlanılıb. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO