2023-cü ildən pensiyaçılar üçün yaşayış minimunun məbləğinin 176 manatdan 199 manata qaldırılması yaşa görə müavinətlərin də artırılmasını tələb edir.
Bizim.Media xəbər verir ki, hazırda yaşa görə verilən müavinətin məbləği 180 manatdır. Ötən il bu məbləğ yaşayış minimumundan 4 manat artıq idi, bu il isə 19 manat azdır.
Qeyd edək ki, yaşa görə müavinət pensiya yaşına çatıb pensiya hüququnu əldə edə bilməyən şəxslərə verilir. Hazırda 132 mindən çox insan yaşa görə müavinət alır.
Yaşayış minimumu haqqında” qanuna görə əməkhaqqının minimum məbləğinin, pensiyaların baza hissəsinin, müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin müəyyənləşdirilməsi zamanı yaşayış minimumu nəzərə alınır. Bu məntiqlə yaşa görə müavinətlərin aylıq məbləğinin yaşayış minimumunun həddinə uyğunlaşdırılması vacibdir. Buna görə də 2023-cü ildə yaşa görə müavinətlərin məbləğinin ən azı 200 manata çatdırılması gözlənilir.(sfera)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:45 / 04.01.2023
Əhaliyə ŞAD XƏBƏR - Bu şəxslərin müavinəti artırılacaq
Hazırda oxunan: Əhaliyə ŞAD XƏBƏR - Bu şəxslərin müavinəti artırılacaq
Hazırda oxunan: Əhaliyə ŞAD XƏBƏR - Bu şəxslərin müavinəti artırılacaq
113021
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.