Bu gün Xankəndi-Laçın yolunda 14-cü avtomobilin hərəkətinə şərait yaradılıb - YENİLƏNİB

Bu gün Xankəndi-Laçın yolunda 14-cü avtomobilin hərəkətinə şərait yaradılıb - YENİLƏNİB

Hazırda oxunan: Bu gün Xankəndi-Laçın yolunda 14-cü avtomobilin hərəkətinə şərait yaradılıb - YENİLƏNİB

112982

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Bizim.Media xəbər verir ki, nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, sülhməramlılara məxsus 1 təminat avtomobili Xankəndidən Laçın istiqamətinə keçib.

Bununla da gün ərzində aksiya ərazisindən keçən avtomobillərin sayı 14-ə çatıb. Belə ki, həmin avtomobillərdən 3-ü Beynəlxalq Qızıl Xaç Komitəsinə, 11-i isə Rusiya sülhməramlılarına məxsusdur.

09.03

Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradılıb.

Bizim.Media xəbər verir ki, bu gün saat 08:43 də BQXK-ə məxsus üç avtomobil Xankəndindən Laçına maneəsiz keçid edib.

Qeyd edək ki, bu hal ilk deyil.

İstər Xankəndidən Laçına, istərsə də Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus təminat avtomobilinin aksiya keçirilən ərazidən maneəsiz keçməsinə şərait yaradılır.

Bu addım humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO