Sentyabr şəhidi Şair Heydərovun 89 yaşlı nənəsi ilə bağlı təsirli fotosu yenidən yaralarımızın qaysağını qopardı. Nə qədər qürurlu olsaq da içimizi göynətdi.
Fotoda şəhidimizin nənəsi Güllüzara uşaq kimi yemək yedirtdiyi əks olunub.
Fotoları şəhid Şair Heydərovun atası, Qusarın Mucuq kənd sakini Camal Heydərov Bizim.Media-ya təqdim edib.
Onun sözlərinə görə, şəkillər Güllüzar nənənin son ad günündə-2022-ci il yanvar ayının 1-də çəkilib. Şair Heydərov həyat yoldaşı Zöhrə ilə nənəyə yemək verir.
Camal Heydərov deyir ki, indi ağır durumdadır. Sevimli nəvəsinin şəhid olması ona pis təsir edib:
“Biz ona nəvəsinin Vətəni qoruyarkən şəhid olduğunu demişik, o da bununla təsəlli tapır. Amma Şairin yoxluğuna dözə bilmir. Biz Şairin şəhid olduğunu ona əvvəl deməmişdik. Amma elə bil hiss etmişdi, oğlumun tabutu evdən çıxarılanda özünü çatdırdı. O mənzərə onsuzda yıxılmış bizi yerlə bir etdi...”.
Şəhid atası danışır ki, 2023-cü ilin ilk günündə-yanvarın 1-də anam Güllüzarın 89 yaşı tamam oldu:
“Ad gününü qeyd eləməyə qoymadı. Amma biz Şairin ruhu şad olsun deyə anamın adına ad günü süfrəsi açdıq".
Şəhidimiz Şair Heydərov 2022-ci ilin sentyabr ayında Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olub. Onun şəhadətindən sonra, noyabrın 26-da isə qızı dünyaya gəlib. Şəhidin arzusuna görə körpəyə Yeganə adı verilib.
Güllüzar nənə indi nəvə yadigar olan körpəni bağrına basıb Şairin ətrini ondan alır.
Xatırladaq ki, Şəhid Şair Heydərov bu il noyabr ayının 5-də Prezident İlham Əliyevin sərəncamı ilə "3-cü dərəcəli Rəşadət" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:00 / 02.01.2023
Şəhidin ürək dağlayan FOTOLARI – Əmanəti Güllüzar nənə və körpəsi Yeganə bala
Hazırda oxunan: Şəhidin ürək dağlayan FOTOLARI – Əmanəti Güllüzar nənə və körpəsi Yeganə bala
Hazırda oxunan: Şəhidin ürək dağlayan FOTOLARI – Əmanəti Güllüzar nənə və körpəsi Yeganə bala
112774
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.